Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"
10.11.2023 - 00:42
Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin IV turunda Respublika stadionunda "Bayer"ə 0:1 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, son Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 "Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqədə qol buraxdıq. Bu oyun komandaya həm təcrübə, həm dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma özümüz daha diqqətli olmalıyıq. Xüsusən də, belə komandalara qarşı. Məğlub olduq. Amma 90 dəqiqə azarkeşlər yaxşı mübarizə, yaxşı oyun gördülər. Bu cür komandanı, bu cür futbolçuları canlı gördülər. Belə oyunlar futbolumuzun inkişafına, sevilməsinə böyük fayda verir.

 - Demişdiz ki, "Bayer"ə qarşı əvvəlkindən daha yaxşı çıxış edəcəyik. Elə də oldu. Qısa müddətdə bu qədər dəyişikliyə necə nail oldunuz?
- Futbolçuların köməyi ilə. Böyük hesablı məğlubiyyət mən qarışıq, futbolçulara da pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol problem deyil. Hər tur bunu görə bilirdik. Futbolçular həqiqətən rəqibi analiz edəndə, çox diqqətli oldular, meydanda da çox intizamlı oynadılar. Çox səbirli oldular. Məncə, birlikdə, kollektiv olaraq rəqibə qarşı intizamlı oyun qurduq.

-Arxa xətt oyunçuları dəyişdiniz. Zədələr var idi?
- Müdafiə xəttində nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə ilk onbirlik olaraq hazırlaşırıq. Onlar tapşırığı daha yaxşı icra edirlər. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin də çox yorulmuşdu. O da özü istədi. İlk dəyişiklik düşündüyüm kimi olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Elvin və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da bəlkə daha intizamlı oynamaq olardı.

- Penalti epizodunu necə şərh edərdiniz? Belə epizod Almaniyada olsaydı, penaltini verərdilər ?
Yalan deyərəm, verərdilər, ya yox. Versələr də, daha çox düşünərdilər. Belə epizodlarda həmişə böyük klublara simpatiya daha çox olur. Referiyə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidir? Bilmirəm verərdilər ya yox. Almaniyada olsaydı, 100 faiz verməyəcəkdilər.

Maksim Medvedev oyundan sonra sizinlə danışdı?
Maksimi görmədim. Meydanda idi. Müzakirə olunası mövzu deyil, texniki epizoddur. O qədər belə oyunlarda belə penaltilər olub ki. Dünən "Mançester Yunayted"in oyununda ikinci qolda həm qırmızı, həm də penalti verdilər. Belə penalti vermək, sadəlövhlükdür. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb qaça bilməz. Futbolçular diqqətli olmalıdır. Maksimə gəldikdə, müzakirə olunası bir şey yoxdur. 

Andrey Lunyovun vəziyyəti nə yerdədir?
Dizində ciddi ağrı var. Çox ciddi zərbə almışdı. Oynaqlarında ağrı hiss edir. Görək də. Ola bilər ki, bu barədə sabah məlumat verək.

-Beş gün öncə "Kəpəz"lə matçda 200 tamaşaçı izləyirdisə, bu gün stadion dolu idi. Bu dizbalans futbolçulara mənfi təsir edir?
Çox təsir edir. Çox istəyərdik ki, milli çempionatımızda da bu qədər azarkeş sayı olsun. Çünki biz texniki, taktiki, fiziki tərəfdən futbolçunu hazırlaya bilərik. Amma futbolçuların bunu daha sürətli, düzgün icra etməsi üçün azarkeş böyük köməkdir. Biz azarkeş üçün oynayırıq. Daha çox azarkeşi stadiona cəlb etməyi düşünməliyik. Futbolu da sevdirməyi düşünməliyik. Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, hamımız futbolu ölkəmizə sevdirməliyik. Olmasa, çempionatlarımızda tribunalar boş qalacaq. Azrkeşssiz futbol, futbola bənzəmir. Deyirlər ki, Azərbaycanda futbolu sevmirlər, azarkeş yoxdur. Xeyr, var. Böyük azarkeşlərə sahibik. Sadəcə hansısa yollarla dil tapıb, matçlara cəlb etmək olar. 10-15 min azarkeş olsa, hamımız məsuliyyətli olacağıq. Məğlubiyyətdən daha da qorxacağıq, ustalıq daha tez artacaq. Amma üç gündən sonra "Səbail"lə oyuna çıxacağıq, görək nə qədər azarkeş olacaq.

"Qarabağ" beşli müdafiəyə keçəndə, qol buraxır. "Viktoriya"(Plzen), "Neftçi" və bu gün. "Qarabağ" dördlü müdafiəni sanki daha çox bacarır... 
Belə düşünmürəm. Bəli, beşli müdafiə funksiyası var idi, amma dördlü kimi qalmışdıq. Veşoviç və Elvinin çıxması dizbalans yaratdı. Bizim bu cür dəyişikliklərlə qalib gəldiyimiz oyunlar da olub. Üç oyunçunu istəmədən dəyişdik. Sistem pzoulur. Penalti epizodundan başqa nəsə olmadı. Hər şey istədiyimiz kimi gedirdi. Texniki epizod idi. Çox da müzakirə olunası məqam deyil.

- Qapıçının zədələnməsi və müdafiədəki çaxnaşma bu nəticəyə gətirib çıxardı...
Heç bir çaxnaşma olmadı. Bir epiizod idi. Uzun toplar oynayırdılar, heç nə yox idi. Texniki epizod idi. "Çerez sebya" oldu..
Futbolçuları da nəzərə almaq lazımdır. "Bayer" böyük komandadır. Hər epizoddan istifadə etməyi bacarırlar. Yola verək getsin (gülür).

writer photo
Əlirza Əlirzalı
0