"Barselona"nın azad agent planı
18.01.2023 - 15:18
"Barselona"nın azad agent planı

İspaniyanın "Barselona" klubunun yay transfer pəncərəsindəki planı bəlli olub. 

Apasport.az saytı xəbər verir ki, kataloniyalılar İngiltərə “Mançester Siti”sindən İlkay Gündoğanı heyətə cəlb etmək istəyir. 

32 yaşlı yarımmüdafiəçinin ingilis klubu ilə müqaviləsi yayda bitəcəyindən onlar türk əsilli futbolçunu azad agent kimi heyətə qatmağı planlaşdırırlar.

Qeyd edək ki, Almaniya milli komandasının formasını geyinən Gündoğan "Atletiko"nun da maraq dairəsindədir.

writer photo
Əlirza Əlirzalı
0