"Şamaxı" "Sabah"ın futbolçusunu heyətinə qatıb
11.07.2024 - 15:25
"Şamaxı" "Sabah"ın futbolçusunu heyətinə qatıb

“Şamaxı” “Sabah”dan yerli futbolçu icarəyə götürüb.

Apasport.az xəbər verir ki, “Sabah”ın müdafiəçisi Fəxri Məmmədli yeni komandaya qoşulub.

Hər iki klub arasında gənc futbolçunun keçidi ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən, müdafiəçi növbəti mövsümdə icarə əsasında “Şamaxı”da keçirəcək.

Qeyd edək ki, Fəxri Məmmədli 2005-ci il doğumludur, hazırda onun 18 yaşı var. 
 

writer photo
Əlirza Əlirzalı
0