Kroos onları fərqləndirdi
14.10.2022 - 00:43
Kroos onları fərqləndirdi

“Real”ın futbolçusu Toni Kroos ən sürətli futbolçuları açıqlayıb.

Apasport.az saytının məlumatına görə, almaniyalı yarımmüdafiəçi meydanda rəqib və komanda yoldaşı kimi canlı izlədiyi futbolçular arasında seçim edib.

Kroos dörd oyunçunu fərqləndirib: “Mbappeni dayandırmaq çox çətindir. Öz komanda yoldaşlarımdan Qaret Beyl, Rafael Varan və Vinisius Junioru qeyd edərəm”.

Qeyd edək ki, 32 yaşlı Toni 2014-cü ildən “Real”ın formasını geyinir. Almaniyalı bunadək vətənində “Bavariya” və “Bayer”də çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0