"Qalatasaray" gənc müdafiəçiyə təklif göndərib
08.07.2024 - 10:15
"Qalatasaray" gənc müdafiəçiyə təklif göndərib

"Qalatasaray"da yeni mövsümə hazırlıqlar davam edir.

Apasport.az xəbər verir ki, sağ cinah müdafiəçisi axtarışında olan "Qalatasaray" "Renn" forması geyən Quelo Doueyə təklif göndərib.

"Sarı-qırmızı"lar bu transferi qısa zamanda həll etmək niyyətindədir. Türkiyə nəhəngi bundan əvvəl "Mançester Yunayteddən Aaron Van-Bissaka transferini tamamlamağa nail olmayıb. 

"Qalatasaray"ın müdafiəçi üçün fransa təmsilçisinə təklif etdiyi məbləğ 7 milyon avrodur. Türklər bundan əvvəl futbolçunu 6 milyona transfer etməyə çalışıb, lakin "Renn" təklifdən razı qalmayıb.

Qeyd edək ki, 21 yaşlı Quelo Douenin komandası ilə 1 illik müqaviləsi qüvvədədir.

 

 

writer photo
Əlirza Əlirzalı
0