DÇ-2022-də komanda yoldaşına zərbə üçün ən çox ötürmə verən futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsində Antuan Qrizmann hamını qabaqlayıb.
Fransa millisinin hücumçusu 11 belə ötürmə verib. 31 yaşlı forvardın ən yaxın izləyicisi Duşan Tadiçdir. Serbiyalının 10 ötürməsi var.
Üç futbolçu 9 zərbəyə assistentlik edib. Bunlar Kristian Eriksen (Danimarka), Teo Ernandes (Fransa) və Lionel Messidir (Argentina).
Qeyd edək ki, “Top-5”dən Eriksen və Tadiç üçün mundial başa çatıb. Didər futbolçular 1/8 finalda göstəricilərini dəyişmək imkanına malikdir.