Qurban Qurbanovun “21”i: Poznandan Plzenədək
28.08.2022 - 15:21
Qurban Qurbanovun “21”i: Poznandan Plzenədək

Azərbaycan çempionu “Qarabağ” üçüm Çempionlar Liqasının 2022/23 mövsümü başa çatıb.

Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri üç tur adlasa da, pley-off səddini aşa bilməyib.

Ağdam klubu Çempionlar Liqası ilə 8 oyun keçirməklə vidalaşıb. Poznanda başlayan yol Plzendə başa çatıb.

50 yaşlı mütəxəssis bu görüşlərdə 21 futbolçuya şans verib. Onlardan səkkizi bütün matçlarda, yəni 8 görüşdə şans qazanıb.

Lakin yalnız Şahruddin Məhəmmədəliyev bütün qarşılaşmaları əvəzolunmadan keçirib. 750 dəqiqə meydanda olan milliləşən legioner komandasının bütün qollarını – 10-nu da buraxıb. Onun əvəzləyici Luka Quqeşaşvili meydana çıxmağa imkan tapmasa da, aktivinə sarı vərəqə yazmağı bacarıb.

Şahruddin kimi Azərbaycan millisinin üzvü olan daha iki oyunçu - Toral Bayramov və Ramil Şeydayev da 8 matçın iştirakçısıdır. Bu, legionerlər Abdullah Zubir, Marko Vesoviç, İbrahima Vadji, Marko Yankoviç və Ovusu Kvabenaya aiddir.

“Qarabağ”ın 15 qoluna 7 futbolçu imza atıb. Kadi Borqeslə İbrahima Vadji hərəyə 4 qolla Ağdam klubun bombardirləridir. Filip Ozobiçlə Ovusu Kvabena hərəyə 2 dəfə fərqlənib. Abbas Hüseynov, Kevin Medina və Abdullah Zubirin bir qolu var.
 

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Şahruddin Məhəmmədəliyev

8

750

-10

1

0

Abdullah Zubir

8

746

1

1

0

Marko Vesoviç

8

720

0

2

0

İbrahima Vadji

8

597

4

1

0

Marko Yankoviç

8

552

0

2

0

Toral Bayramov

8

477

0

2

0

Ramil Şeydayev

8

386

0

2

0

Ovusu Kvabena

8

213

2

0

0

Kadi Borqes

7

652

4

3

0

Riçard Almeyda

7

411

0

3

0

Qara Qarayev (1)

6

500

0

0

0

Filip Ozobiç

6

339

2

0

0

Bədavi Hüseynov

5

436

0

0

0

Bəhlul Mustafazadə

5

391

0

1

0

Maksim Medvedev

4

359

0

1

0

Kevin Medina

4

314

1

1

0

Elvin Cəfərquliyev 

4

273

0

1

0

Leandro Andrade

3

67

0

2

0

Abbas Hüseynov

3

30

1

0

0

İsmayıl İbrahimli

2

26

0

0

0

Xulio Rodriges Romao

2

11

0

0

0

Luka Quqeşaşvili

0

0

0

1

0

writer photo
Əlirza Əlirzalı
0