Qusarda jurnalistlər arasında zəfər kuboku
19.06.2023 - 16:33
Qusarda jurnalistlər arasında zəfər kuboku

Qusar Olimpiya İdman Kompleksində jurnalistlər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə Zəfər Kuboku keçiriləcək.

Apasport.az saytının məlumatına görə, 15-16 iyulda baş tutacaq yarışa hər birində 6 oyunçu olmaqla, ümumilikdə 6 komanda qatılacaq. Komandaların adları son iki ildə keçirilmiş analoji turnirlərdəki kimi, işğaldan azad olunmuş rayon və şəhərlərdən ibarət olacaq. Bütün oyunçular baş sponsor tərəfindən formalarla təmin olunacaqlar.

Reqlamentə əsasən, 6 komanda hərəsində 3-ü olmaqla, A və B qruplarına bölünəcək. İyulun 15-də qrup oyunları keçiriləcək. Qruplarda ilk 2 yeri tutacaq komandalar ertəsi gün çarpaz üsulla yarımfinalda üz-üzə gələcəklər. Yarımfinal cütlərinin qalibləri finala, məğlublar isə 3-cü yer uğrunda görüşə çıxacaqlar.

Komandalar Qusar Olimpiya İdman Kompleksinin kotteclərində qalacaqlar. 

İlk 3 yerin sahiblərinə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, qalibə isə Zəfər Kuboku təqdim ediləcək.

Qeyd edək ki, püşkatma mərasimi iyulun 7-də Bakıda gerçəkləşəcək.

writer photo
Əlirza Əlirzalı
0