“Çelsi” Poçettino ilə razılaşdı
25.04.2023 - 11:35
“Çelsi” Poçettino ilə razılaşdı

“Çelsi” Maurisio Poçettino ilə ilkin razılıq əldə edib.

Apasport.az saytı xəbər verir ki, 51 yaşlı məşqçi iyuldan London klubunun “sükanı arxasına” keçəcək.

O, bu postda Frenk Lempardı əvəzləyəcək. 

Son iş yeri PSJ olan argentinalı mütəxəssis 2022-ci ildə Fransa təmsilçisi ilə yollarını ayırıb. Maurisio bu komandada cəmi 1,5 il işləyib.

Qeyd edək ki, Poçettino Premyer Liqada “Sauthempton” (2013/14) və “Tottenhem” (2014-2019-cu illər) klublarını çalışdırıb. 

writer photo
Əlirza Əlirzalı
0