Benzema “Real”dan kənar düşdü
07.10.2022 - 18:19
Benzema “Real”dan kənar düşdü

“Real” İspaniya La Liqasının VIII turunda “Xetafe” ilə keçiriləcək oyunun iştirak ərizəsini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Kərim Benzema matça sifariş olunmayıb.

Buna səbəb Fransa millisinin üzvünün zədədən əziyyət çəkməsidir. 34 yaşlı forvard məhz bu səbəbdən “Xetafe” ilə sabahkı qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, Kərim Benzema bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb, 4 qol, 1 assistlə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0