Rafael Ağayev: "İlk dəfə 5 raund döyüşdüm" - VİDEO
18.12.2022 - 14:19
Rafael Ağayev: "İlk dəfə 5 raund döyüşdüm" - VİDEO

"Yenidən dünya çempionu olduğum üçün şad oldum. Gözəl döyüş oldu. Rəqibim Reymond çox güclü idi. Çempion olmağıma çox sevinirəm. Belə gözəl döyüş üzə çıxardığı üçün "Karate Kombat" təşkilatına öz təşəkkürümü bildirirəm".

Apasport.az-ın məlumatına görə, bunu "Karate Kombat" təşkilatında kəmərə sahib çıxan azərbaycanlı karateçi Rafael Ağayev deyib.

O, kəməri müdafiə etmək üçün növbəti rəqibinin Coşua Kvayhaqen olacağını bildirib: "Bura gələn bütün azərbaycanlıları salamlayıram. Növbəti döyüşüm Coşua ilə olacaq. Bu qələbənin dadını çıxarıb, onunla döyüşə hazırlaşacağam. Bildiyimə görə, o zədələnib və fürsətdən istifadə edib, ona sağlamlıq arzu edirəm. Sağalsın, mən onu burada gözləyirəm".

37 yaşlı idmançı bu turnirin Azərbaycanda keçiriməsi barədə suala belə cavab verib: "Karate Kombat"ın Azərbaycanda keçirilməsi çox gözəl olardı. Burada da pis dəstək görmürəm. Amma bilirəm ki, Bakıda keçirilsə, 99% mənə dəstək olan olacaq".

Rafael Ağayev karyerasında ilk dəfə 5 raundluq döyüşü Reymond Danielsə qarşı keçirdiyini bildirib: "Hər bir rəqibimə hörmət edirəm. Reymond da öz idman növündə əfsanədir. Onun üzərində çox yaxşı hazırlaşmışdım. 2 çempiondan biri qalib olmalı, biri uduzmalıdır. Bu gün mənim günüm idi. Çox gözəl, eyni zamanda ağır döyüş oldu. İlk dəfə idi ki, mən 5 raund döyüşdüm. Qələbənin dadını çıxaracağam. Reymonda isə idman karyerasında uğurlar arzulayıram.

Dalaşqan uşaq olmuşam. Karateyə pul qazanmaq üçün gəlməmişəm. Karate mənim həyatım olub. Hansı işdə 1-ci olursansa, onda sənin pulun, hər şeyin olacaq. Buna görə Allahıma təşəkkür edirəm. Həyatda dünya çempionu olmaqdan başqa, insan olmaq lazımdır. Mən həmişə belə sadə qalmağa çalışacağam".

Səbuhi Musa

writer photo
Əlirza Əlirzalı
0