Rafael Ağayevin rəqibi ayağını stolun üstünə qoydu - FOTOLENT
16.12.2022 - 23:54
Rafael Ağayevin rəqibi ayağını stolun üstünə qoydu - FOTOLENT

Karate üzrə beşqat dünya və onbirqat dünya çempionu Rafael Ağayevin "Karate Kombat"da rəqibi olan Reymond Daniels mətbuat konfransında ayaqlarını qaldıraraq masanın üzərinə qoyub.

Apasport.az-ın xəbərinə görə, o bununla yeni doğulmuş qızının şəklini corabında gəzdirdiyini nümayiş etdirməyə çalışıb.

Qeyd edək ki, amerikalı Reymond Daniels Rafael Ağayevdən 5 yaş böyükdür. O, 2017-ci ildə "Bellator"un kikboksinq yarışlarının yarımağır çəkidə çempionu olub. O, peşəkar kikboksinqdə 35 qələbə qazanıb, 3 məğlubiyyət alıb. Son illər gücünü MMA-da da sınamış Daniels burada 3 qələbə qazanıb, 1 dəfə məğlu olub.

Xatırladaq ki, tərəflər yarımağır çəkidə kəmər döyüşünə dekabrın 17-də çıxacaq. ABŞ-da keçiriləcək döyüş gecəsi Bakı vaxtı ilə saat 10:00-dan etibarən başlayacaq.

Səbuhi Musa  

writer photo
Əlirza Əlirzalı
0