İmmobile İkardinin rekordunu qırdı
03.08.2024 - 22:22
İmmobile İkardinin rekordunu qırdı

Çiro İmmobile Türkiyə Super Kubokunun erkən qol rekordunu qırıb.

Apasport.az xəbər verir ki, italiyalı hücumçu "Qalatasaray"la oynanan final matçının 21-ci saniyəsində rəqib qapısına yol tapıb.

Rekord daha əvvəl 51-ci saniyədə fərqlənmiş Mauro İkardiyə məxsus idi.

Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm Super Liqanın, "Beşiktaş" isə Türkiyə Kubokunun qalibi olub. 

writer photo
Əlirza Əlirzalı
0