Rahilin formasını geyindiyi komanda məğlub oldu
10.08.2024 - 11:22
Rahilin formasını geyindiyi komanda məğlub oldu

Millimizin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa çempionatında IV turun oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Radom təmsilçisi evdə "Qornik"lə qarşılaşıb.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rahil görüşün 79-cu dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Radomyak" hazırda 3 xalla 12-ci sıradadır.

writer photo
Əlirza Əlirzalı
0