Ralf Ranqnik: “Azərbaycanda rahat 3 xal qazanacağını düşünə bilmərsən”
15.10.2022 - 12:23
Ralf Ranqnik: “Azərbaycanda rahat 3 xal qazanacağını düşünə bilmərsən”

“İstənilən rəqibi məğlub edə biləcək səviyyəyə çatmaq istəyirik”.

Apasport.az saytının məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə qrup mərhələsi barədə danışarkən deyib.

Azərbaycan yığmasının yer aldığı F qrupundakı şanslarını dəyərləndirən 64 yaşlı almaniyalı mütəxəssis Azərbaycan və Estoniyaya autsayder kimi yanaşmadıqlarını söyləyib: “Digərləri kimi, Azərbaycan və Estoniya da AVRO-2024-ə qatılmaq istəyir. Buna görə də, onlara autsayder gözü ilə baxmaq və bu komandaları qiymətləndirməmək olmaz. Azərbaycana uçub rahat 3 xal qazanacağını düşünə bilmərsən”.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Avstriya və Azərbaycanla yanaşı, Belçika, İsveç və Estoniya da mübarizə aparacaq. Yığmamız ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0