Ramazanovdan “40”
12.09.2022 - 12:14
Ramazanovdan “40”

Ağabala Ramazanov Premyer Liqada 40-cı qolunu vurub. 

Apasport.az saytının məlumatına görə, “Səbail”in hücumçusunun yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib. 

O, “Zirə” ilə ev matçında (1:2) fərqlənib. Ağabala Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 62-ci futbolçudur. 

O, bombardirlər cədvəlində Junivan Suares, Fernando Peres və Mehman Allahverdiyevə çatıb. İlk qolunu 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində vuran Ramazanov cənubluların heyətində 6, “Sumqayıt”da 5, “Şamaxi”da 4 dəfə fərqlənib. Bu qarşılaşmayadək həm “Səbail”, həm “Zirə”də eyni sayda – 12 top vuran hücumçu indiki komandasındakı qol sayını əvvəlki klubu ilə qarşılaşmada artırıb.

Qeyd edək ki, Ağabala Premyer Liqa karyerasında 206-cı oyunda 40-cı dəfə rəqib qapısına yol tapıb.
 

writer photo
Əlirza Əlirzalı
0