“Ayaks” Rafael van der Vartın oğlu Damianla müqavilə imzalayıb.
Apasport.az saytı xəbər verir ki, bu, 17 yaşlı futbolçu atasının yolu ilə gedərək ilk peşəkar müqaviləsini Amsterdam klubu ilə bağlayıb.
Tərəflər arasındakı razılaşma bir illik nəzərdə tutulub. Danimarkanın “Eysberq” klubunun yetirməsi olan Damian əvvəllər “Ayaks”ın U-18 komandasında çıxış edib.
Qeyd edək ki, Rafael van der Vart 2000-2005-ci illərdə “Ayaks”da çıxış edib. Peşəkar karyerasına “Eysberq”də son qoyan hollandiyalı klubda köməkçi-məşqçi vəzifəsini tutub. O, bu ilin yanvarında Danimarka klubundan ayrılıb.
Damian atasının yolu ilə getdi
06.09.2023 - 20:49
0
0