Azərbaycan yığmasının üzvü Ramil Şeydayevin komandası Tailand çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytı xəbər verir ki, “Buriram” öz meydanında xal itirib.
Öz meydanında “Pathum Yunayted”lə qarşılaşan “Buriram” rəqib qapısına yol tapa biməyib. Bunun üçün 41-ci dəqiqədə komandanın əla şansı olub. Amma Kausiç penalti zərbəsini dəqiq yerinə yetirə bilməəyib. Ramil oyun ərzində daha çox aldığı sarı vərəqə ilə yadda qalıb.
Qeyd edək ki, “Buriram” ardıcıl üçüncü qarşılaşmada heç-heçə oynayıb. 8 görüşdən sonra 16 xal toplayan Şeydayevin komandası turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Ramil sarı aldı,”Buriram” bir xalla kifayətləndi
29.10.2023 - 17:12
0
0