"Azarkeşlərimiz sayəsində qalib gəlməyi bacardıq".
Apasport.az xəbər verir ki, Türkiyənin “Kocaelispor” klubuna keçən Azərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyə mətbuatına açıqlamasında deyib.
Şeydayev yeni komandasının heyətində debüt etmək istədiyini bildirib: “Altay”la növbəti turun oyununda debüt etmək istəyirəm. Bu, baş məşqçinin qərarından asılıdır. Baş məşqçinin qərarına hər zaman hörmətlə yanaşıram. Çempionluğa doğru addım-addım irəliləmək lazımdır”.
Millimizin üzvü transferdən öncə vaxtilə "Kocaelispor" forması geyinmiş Rəşad Sadıqovla danışdığını bildirib: “Kocaelispor”a gəlməzdən əvvəl Rəşad Sadıqovla məsləhətləşdim. Söhbətimiz uzun çəkmədi. O, “Kocaelispor” azarkeşlərindən bəhs etdi. Komandanın çox yaxşı azarkeş kütləsinə malik olduğunu bildirdi”.