Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev karyerasını davam etdirə biləcəyi klublar bəlli olub.
Apasport.az saytının məlumatına görə, yayda ölkə xaricinə yollanmağa yaxın olan 27 yaşlı hücumçu Rusiya və Macarıstan arasında seçim etməlidir.
Onun xidmətində maraqlı olan klublardan biri “Rostov”dur. Hazırda Rusiya Premyer Liqasında turnir cədvəlinin ikinci pilləsində qərarlaşan komanda hücum xəttini Ramillə gücləndirmək fikrindədir.
Forvard “Ferentsvaroş”un transfer siyahısında da yer alıb. “Qarabağ”la müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq Şeydayev qərarını yayda verəcək.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 30 matça çıxan hücumçu 17 qola imza atıb.