“Mançester Yunayted”in istədiyi daha bir ulduz
16.08.2022 - 17:56
“Mançester Yunayted”in istədiyi daha bir ulduz

Daha bir ulduz futbolçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” “Real”ın yarımmüdafiəçisi Kasemiroya göz dikib.

Premyer Liqa təmsilçisi “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun transferində uğursuzluğa düçar olsa, 30 yaşlı braziliyalını heyətinə qatmağa çalışacaq. Ancaq “kral klubu” da qarşı tərəfdən bununla bağlı heç bir rəsmi təklif almayıb.

Qeyd edək ki, Kasemironun “Real”la müqaviləsi 2025-ci ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0