Konfrans Liqası: “Fənərbaxça”nın rəqibi bəlli oldu - YENİLƏNİB
15.03.2024 - 17:17
Konfrans Liqası: “Fənərbaxça”nın rəqibi bəlli oldu  - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasında 1/4 final, yarımfinal və finalın püşkü atılıb.

Apasport.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

1/4 final

"Brügge" - PAOK

"Olimpiakos" - "Fənərbaxça" 

"Aston Villa" - "Lill"

"V. Plzen" - "Fiorentina"

Yarımfinal

"Aston Villa" - "Lill" cütünün qalibi / "Olimpiakos" - "Fənərbaxça" cütünün qalibi

"V. Plzen" - "Fiorentina" cütünün qalibi / "Brügge" - PAOK cütünün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda olacaq.

writer photo
Əlirza Əlirzalı
0