İlkay Gündoğan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
19.08.2024 - 17:17
İlkay Gündoğan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

“Barselona”dan ayrılacağı gözlənilən İlkay Gündoğan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Əl-Nəsr” alman yarımmüdafiəçinin xidmətində maraqlıdır. Klub yaxın zamanda “Barselona”ya rəsmi təklif göndərəcək.

33 yaşlı futbolçu2023-cü ilin yayından “Barselona”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayına kimidir.

Qeyd edək ki, türk əsilli futbolçunun Türkiyədən də talibləri var. Superliqa nəhənglərindən "Fənərbaxça" və "Qalatasaray" da futbolçu ilə maraqlanır. 

writer photo
Əlirza Əlirzalı
0