“Dinamo” səfərdə bacarmadı
26.07.2023 - 00:39
“Dinamo” səfərdə bacarmadı

Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az saytı xəbər verir ki, Tbilisi “Dinamo”si Malta səfərindən əliboş dönüb.

Gürcüstan təmsilçisi hesabı açsa da, meydan sahibləri sona yaxın oyunda dönüş yarada biliblər. 80-cı dəqiqədən sonra iki qol vuran “Hamrun” əzmkar qələbə qazanıb. Latviya təmsilçisi “Valmiera” səfərdə böyükhesablı qələbə qazanıb. O, San-Marinoda rəqibinin qapısından üç cavabsız top keçirib.

Qeyd edək ki, turnirin digər oyunları bu gün və sabah baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul


“Atletik” (Andorra) – “Partizani” (Albaniya) – 0:1
“Hamrun” (Malta) – “Dinamo” (Gürcüstan) – 2:1
TNS (Uels) – “Hesperange” (Lüksemburq) – 1:1
“Ballkani” (Kosova) – “Larne” (Şimali İrlandiya) – 3:0
“Tre Penne” (San-Marino) – “Valmiera” (Latviya) – 0:3
 

writer photo
Əlirza Əlirzalı
0