"Yaxşı hazırlaşmışıq".
Apasport.az xəbər verir ki, bunu "Bayer"in müdafiəçisi Yosip Stanişiç Avropa Liqası 1/8 final mərhələsinin "Qarabağ"la cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
23 yaşlı xorvatiyalı müdafiəçi qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib: "Hər oyuna yaxşı köklənərək çıxırıq. Sabah səhv etsək, bunu düzəldə bilməyəcəyimizi bilirik. Amma biz hər şeyin yaxşı olacağına ümid edirik və nikbinik. Mövsümün əvvəli ilə müqayisədə oyun vaxtıma görə daha xoşbəxtəm. Uyğunlaşmalı idim və bunu etdim. Biz bir komandayıq, geniş heyətimiz var. Geniş heyətimiz olmasaydı, hər üç yarışda hazırda olduğumuz yerdə olmazdıq".
Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.