Tahir Süleymanov federasiya prezidenti oldu
05.03.2024 - 00:11
Bakı Futbol Federasiyası İctimai Birliyinin Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Beynəlxalq dərəcəli keçmiş hakim, “Neftçi”nin sabiq vitse-prezidenti, “Sabahın ulduzları” uşaq-gənclər layihəsinin ideya müəllifi, tanınmış futbol funksioneri Tahir Süleymanov Bakı Futbol Federasiyasının prezidenti seçilərək, müvafiq qurumların təqdimatı ilə Ədliyyə Nazirliyində təsdiq edilib.
0
0