“Barselona”dan 5 milyonluq qazanc
22.12.2023 - 10:01
“Barselona”dan 5 milyonluq qazanc

“Barselona”nın Meksikanın “Amerika” klubu ilə matçdan əldə etdiyi qazanc bəlli olub.

Apasport.az xəbər verir ki, İspaniya klubu bu qarşılaşmadan 5 milyon avro əldə edib. 

Dallasdakı görüşdə şimali amerikalılar 3:2 hesablı qələbə qazanıb. La Liqa təmsilçisinin qollarına Lamin Yamal və Mark Qiu imza atıb. Meksika təmsilçisində Xulian Kinyones iki, Enri Martin bir dəfə fərqlənib.

Qeyd edək ki, “Barselona” 18 turdan sonra 38 xalla üçüncü pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0