Şeydayev sabah Türkiyədə olacaq
16.01.2024 - 16:30
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Kocaelispor”a qoşulacağı tarix bəlli olub.
Apasport.az yerli mətbuata istinadən məlumat verir ki, son klubu Tayland təmsilçisi “Buriram Yunayted” olan 28 yaşlı hücumçu sabah Kocaelidə olacaq.
O, tibbi müayinədən keçdikdən sonra Türkiyə təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq. Bundan sonra isə o, komanda ilə ilk məşqinə çıxacaq. Hücumçunun sözləşmə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Ramil Şeydayev “Buriram Yunayted”in heyətində 16 oyuna çıxıb, 1 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
0
0