"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayıb
21.08.2024 - 19:40
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayıb

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, H qrupunda yer alan təmsilçimiz ilk görüşdə Şimali İrlandiyanın “Sparta Belfast” kollektivi ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Araz-Naxçıvan" sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanır.

writer photo
Əlirza Əlirzalı
0