Ramil Şeydayevin klubuna yeni prezident seçildi
11.06.2024 - 17:19
Ramil Şeydayevin klubuna yeni prezident seçildi

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor" klubunda prezident seçkiləri olub.

Apasport.az xəbər verir ki, bu, Türkiyə təmsilçisinin Növbədənkənar Seçki Konfransı çərçivəsində baş tutub.

Prezidentliyə yeganə namizəd olan Recep Durul bu posta seçilib. O, 3 ay əvvəl istefa verən Engin Koyunu əvəzləyib. 

Qeyd edək ki, Şeydayev 2024-cü ilin əvvəlində "Kocaelispor"a keçib.

writer photo
Əlirza Əlirzalı
0