Ramildən qol ötürməsi, komandasından darmadağın - VİDEO
10.12.2023 - 10:09
Ramildən qol ötürməsi, komandasından darmadağın - VİDEO

Tayland çempionatında XIII turun oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" doğma meydanda "Nakhon Pathom"la qarşılaşıb.

Matç meydan sahiblərinin böyükhesablı hesablı qələbəsi ilə başa çatıb - 4:1.

Start heyətdə meydana çıxan Ramil 90+2-ci dəqiqədə əvəzlənib. O, komandasının 56-cı dəqiqədə vurduğu qolun ötürməsini verib.

Bu nəticədən sonra "Buriram Yunayted" 21 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0