"Qəbələ" türkiyəli məşqçi ilə müqavilə imzaladı
31.01.2024 - 16:58
"Qəbələ" türkiyəli məşqçi ilə müqavilə imzaladı

“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib.

Apasport.az xəbər verir ki, Çağlar Volqa “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

Türkiyəli çalışdırıcı Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 46 yaşlı mütəxəssisin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.

Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztepe”, “Altınordu”, “Altay”, “Erzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Erzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.

writer photo
Əlirza Əlirzalı
0