Ramiz Qafarov dünyasını dəyişib
26.10.2023 - 20:49
Ramiz Qafarov dünyasını dəyişib

Tanınmış idman diktoru Ramiz Qafarov vəfat edib.

Apasport.az saytı xəbər verir ki, o, xəstəxanada dünyasını dəyişib.

Bu gün Qafarovun "Xarı Bülbül" və Slovakiyanın “TJ Spartak” komandaları arasında keçirilən Çelenc Kubokunun cavab oyununda halı pisləşib. O, görüşü tribunadan izləyirdi.

Qeyd edək ki, Ramiz Qafarov "Qarabağ" klubunun oyunlarında diktorluq edirdi.

writer photo
Əlirza Əlirzalı
0