İdman gimnastikası üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı dəqiqləşdi
16.01.2024 - 13:00
İdman gimnastikası üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı dəqiqləşdi

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, turnirdə Azərbaycan millisi də daxil olmaqla 70 komandanın gimnastları iştirak edəcəklər.

Dünya Kuboku 7-10 mart tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Qeyd edək ki, fevralın 23-25-də eyni arenada batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda 33 ölkə iştirak edəcək.

writer photo
Əlirza Əlirzalı
0