PSJ-də Mbappedən daha çox forması satılan futbolçu
20.10.2023 - 11:41
PSJ-də Mbappedən daha çox forması satılan futbolçu

Sən demə, PSJ-də ən çox futbolkası satılan oyunçu Kilian Mbappe deyilmiş.

Apasport.az xəbər verir ki, bu mövsüm Paris klubunda ən çox forması satılan oyunçu Li Kang-İndir.

22 yaşlı futbolçu mövsümün əvvəlində  İspaniya “Malyorka”sından Liqa 1 təmsilçisinə transfer edilib. Klubdan verilən açıqlamada hücumameyilli yarımmüdafiəçinin forma satışında Mbappeni belə qabaqladığı bildirilir.

Qeyd edək ki, bu mövsüm 3 matçda iştirak edən Kang-İn yeni klubunda qol hesabını aça bilməyib.

writer photo
Əlirza Əlirzalı
0