Azərbaycan millisinin futbolçusu Rauf Əliyev I divizionda növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, “Kəpəz”in hücumçusu Gəncə təmsilçisinin ikinci komandasının “Qarabağ-2” ilə səfər matçında şans qazanıb.
Rauf bu görüşün qəhrəmanı olub. Komandasının 0:1 hesabı ilə geridə olduğu vaxt ustalığını nümayiş etdirən Əliyev 19 dəqiqəyə “Qarabağ”ın ikinci komandasına üç qol vurub. Onun het-triki və son dəqiqələrdə komanda yoldaşının vurduğu top qonaqlara 4:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, qol hesabını 8-ə çatdıran Rauf sonradan ikinci komandaya qoşulmasına baxmayaraq bombardirlər yarışında 3-cü pilləyə şərik olub. Onu zirvədəki cütlükdən bir top ayırır.