"Bavariya"dan "Barselona"nın futbolçusuna təklif
01.03.2024 - 15:07
"Bavariya"dan "Barselona"nın futbolçusuna təklif

“Bavariya” qışda “Barselona”nın müdafiəçisi Ronaldo Arauxonu transfer etmək istəyib.

Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Danışıqlarda Münhen klubunun baş məşqçisi Tomas Tuxel iştirak edib. Əvvəlcə Münhen komandası uruqvaylının müqaviləsini 70 milyon avro və 20 milyon bonus qarşılığında almağa çalışsa da, kataloniyalılar bundan imtina ediblər.

Bunun ardınca 80 milyon avro və 10 milyon bonus təklifi gəlib. Lakin “Barsa” bu təklifi də rədd edib.

writer photo
Əlirza Əlirzalı
0