“Real”a ən çox qazandıran transferlər: Kasemiro 3-cü pillədə
21.08.2022 - 14:00
“Real”a ən çox qazandıran transferlər: Kasemiro 3-cü pillədə

Kasemiro “Mançester Yunayted”ə keçməklə “Real”ın tarixi ərzində ən baha qiymətə satdığı üçüncü futbolçu olub.

Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçinin transferi “kral klubu”na 70 milyon avro qazandırıb.

Bununla o, yalnız Kriştiano Ronaldo və Anxel Di Mariyadan geri qalıb. Portuqaliyalı 2018-ci ildə “Yuventus”a 117 milyon avroya, argentinalı isə 2014-cü ildə “Mançester Yunayted” 75 milyon avroya keçib.

“Real” tarixinə düşən ilk “10-luq”dakı digər oyunçular isə bunlardır: Alvaro Morata (“Çelsi”yə - 66 milyon avroya), Məsut Özil (“Arsenal”a - 47 milyona), Mateo Kovaçiç (“Çelsi”yə - 45 milyona), Əşrəf Hakimi (“İnter”ə - 43 milyona), Robinyo (“Mançester Siti”yə - 43 milyona), Rafael Varan (“Mançester Yunayted”ə - 40 milyona) və Qonzalo İquain (“Napoli”yə - 39 milyona).

writer photo
Əlirza Əlirzalı
0