FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, iyun cədvəlində Azərbaycanın 9 zəka sahibi yer alıb.
Ən yaxşı təmsilçimiz Teymur Rəcəbov 2747 xalla dünyada 13-cüdür. 7 xal geri qalan Şəhriyar Məmmədyarov 15-ci sırada qərarlaşıb.
Hələ də Azərbaycan adından çıxarılmayan Arkadi Naydiç 2669 xalla 71-ci pillədə yer alıb. Ondan 8 xal az toplayan Qədir Hüseynov 83-cüdür.
Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir – 2853.
Qadın şahmatçılarımız arasında ən yüksək pillədə olan Günay Məmmədzadə 2456 xalla 25-cidir. Ülviyyə Fətəliyeva (2401) 53-cü, Xanım Balacayeva (2368) 80-ci, Gülnar Məmmədova (2357) 85-ci, Gövhər Beydullayeva (2355) 89-cu yerdədir.
Qadınların siyahısında çinli Yifen Hou birincidir – 2628 xal.