“Red Bull”un 6-cı, Verstappenin 4-cü qələbəsi
28.05.2023 - 20:02
“Red Bull”un 6-cı, Verstappenin 4-cü qələbəsi

“Formula-1”də Monako Qran-Prisinə yekun vurulub.

Apasport.az saytı xəbər verir ki, “Red Bull” sürücüsü Maks Verstappen mövsümdə dördüncü qələbəsini qazanıb.

Sıralama turunu birinci yerdə qazanaraq, poul qazanan hollandiyalı sürücü bu üstünlüyündən lazımınca ustifadə edib. Verstappen startdan sonadək birinci pilləni heç bir rəqibinə təhvil verməyib. Nəticədə “Red Bull” bu mövsüm keçirilən 6-cı yarışı da qalib başa vurub. 

“Aston Martin” sürücüsü Fernando Alonso ikinci, “Alpine”dən Esteban Okon isə üçüncü yeri tutub.

Qeyd edək ki, növbəri Qran Pri İspaniyanın Barselona şəhərində təşkil olunacaq.
 

writer photo
Əlirza Əlirzalı
0