Türkiyə çempionunun məğlubiyyətsizliyinə son qoyuldu
28.12.2022 - 23:16
Türkiyə çempionunun məğlubiyyətsizliyinə son qoyuldu

Türkiyə Super Liqasının son çempionu "Trabzonspor"un 8 oyunluq məğlubiyyətsizlik seriyasına XVI turda son qoyulub.

Apasport.az-ın xəbərinə görə, Trabzon klubu 4 oyundur ki, Super Liqada qələbə qazana bilməyən "Fatih Karagümrük"ə səfərdə böyük hesabla uduzub – 1:4.

Tərəflər matçı 10 nəfərlə tamamlayıb. "Trabzonspor"dan yeganə qolunun müəllifi ispaniyalı Mark Bartra (45+3), meydan sahiblərindən "Atalanta"ya məxsus olan Qambiya millisinin üzvü Ebrima Koli (56) qırmızı vərəqə alıb.

Qeyd edək ki, "Trabzonspor" sonuncu dəfə Super Liqada məğlubiyyətinin sentyabrın 12-də "Adana Dəmirspor"dan (2:3) almışdı.

writer photo
Əlirza Əlirzalı
0