Azərbaycanlı məşqçi Hindistanda keçirilən düşərgədə iştirak edib
20.09.2024 - 15:54
Azərbaycanlı məşqçi Hindistanda keçirilən düşərgədə iştirak edib

Azərbaycanlı məşqçi Dilbər İbrahimova Hindistanın Srinagar şəhərində keçirilən Milli Yüksək Səviyyəli Bədii Gimnastika Təlim Düşərgəsində iştirak edib.

Apasport.az xəbər verir ki, 21 gün davam edən bu düşərgə JK İdman Şurası və Hindistan Gimnastika Federasiyasının dəstəyi ilə təşkil olunub.

Məşqçi Dilbər İbrahimova təlim zamanı öz peşəkar təcrübələrini bölüşüb. JK rəhbərliyi onun bacarıqlarını yüksək qiymətləndirib.

writer photo
Əlirza Əlirzalı
0