Maksim Medvedev karyerasını başa vurdu
02.06.2024 - 20:11
Maksim Medvedev karyerasını başa vurdu

“Qarabağ”ın kapitanı Maksim Medvedev karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, Azərbaycan kubokunun bu gün keçirilən “Qarabağ” - “Zirə” final matçı Medvedev üçün sonuncu oyundur. Görüşdən əvvəl “Qarabağ”ın prezidenti Tahir Gözəl Medvedevə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, millimizin də üzvü olmuş 35 yaşlı futbolçu 18 il ərzində (2006-2024-cü illər) “Qarabağ”ın şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0