“Mançester Siti” ilin komandası seçildi
31.10.2023 - 09:33
“Mançester Siti” ilin komandası seçildi

“Mançester Siti” ilin komandası mükafatını qazanıb.

Apasport.az xəbər verir ki, bu barədə “France Football” nəşri məlumat yayıb. 

İngiltərə nəhəngi ötən mövsüm göstərdiyi oyuna görə bu mükafatı əldə edib. “Şəhərlilər” Premyer Liqanı, FA kubokunu və Çempionlar Liqasını qazanıb. Qadınlardan ibarət komandalar arasında ən yaxşı adına İspaniya millisi və Çempionlar Liqasının qalibi "Barselona" layiq görülüb.

Qeyd edək ki, Mançester təmsilçisi ardıcıl ikinci dəfə bu mükafatın sahibi olub.

writer photo
Əlirza Əlirzalı
0