Regekampfdan xal itkisinə şərh
05.11.2022 - 21:36
Regekampfdan xal itkisinə şərh

“Bizim üçün yaxşı oyun olmadı. Çox boş oynayırdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının XIII turunun “Sumqayıt”la görüşündən sonra mətbuat konfransında oyunu dəyərləndirib: “İlk dəqiqələrdən aqressiv başlamamışdıq. Şanslarımızdan istifadə edib üstünlük yarada bilmədik. Bizim futbolçuların səviyyəsinə görə çox asan qollar buraxdıq. Belə olmamaıı idi. Deməzdim ki, boşluqlar təkcə müdafiədədir. Bütün komandanın səhvindən qol buraxdıq. Aqressiv oynamadıq, topu necə saxlamalı olduğu kimi davranmırdıq, sürətli oynamırdıq. Ona görə rəqib qol imkanları yaratdı. Təkcə müdafiəçilər deyil, bütün komanda yaxşı müdafiə olunmurdu”.

Regekampf həmkarı Samir Abasovla arasında yaranan münaqişə barədə danışmaq istəməyib: “Bu, iki məşqçi arasında olan şeylərdir. Buna şərh vermək istəmirəm”.

Baş məşqçi Aqil Məmmədovun yoxluğu və yeni qapıçının debütündən danışıb: “Aqil Məmmədov xəstə olduğu üçün meydana çıxmadı. Bugünkü oyundan öncə yerli futbolçuları itirmişdik. Son matçdakı Azər Əliyevlə olduğu riski etmək istəmirdik. Rəhman Hacıyevi nəzərdə tuturam. Üç həftə zədəli olduqdan sonra cəmi 2-3 məşq etmişdi. Bu üzdən risk edib ilk dəqiqələrdən meydana buraxmadım. Belə problemlərimiz var. Onlarla mübarizə aparırıq. Amma belə oynamağımızın səbəbi bu deyil. Rza yaxşı oynadı. İlk qolda bəxtsizlik oldu. İkincidə isə heç nə edə bilməzdi. Komandaya inam verirdi. Belə davam etsə, yaxşı qapıçı olacaq”.

Qeyd edək ki, “Neftçi” səfər matçında 2:2 hesablı heç-heçə edib.
 

writer photo
Əlirza Əlirzalı
0