“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın həyat yoldaşı Anamariya Prodanla boşanma prosesi növbəti dəfə təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, buna rumıniyalı mütəxəssisin Bakıda, “Neftçi” ilə hazırlıq keçməsi səbəb olub.
Əvvəlki məhkəməyə Prodan qatılmamışdısa, bu dəfə Regekampf ölkəsinə gedə bilməyib. Bu üzdən məhkəmənin noyabra təxirə salınması qərara alınıb.
Qeyd edək ki, Anamaria Prodan və Laurentsiu Regekampf bir-birinə qarşı həbs qətimkan tədbiri tələb edib. Cütlüyün son olaraq küçədə dalaşması səbəbindən Buftea məhkəməsi qərara gəlib ki, onlar bir-birinin 200 metrliyinə yaxınlaşmasın, həmçinin telefon zəngi etməsin.