"Ayaks"da 33 yaşlı futbolçu
17.01.2024 - 14:22
"Ayaks"da 33 yaşlı futbolçu

Cordan Henderson "Ayaks"a keçməyə yaxındır. 

Apasport.az xəbər verir ki, "Əl-İttifaq"ın və İngiltərə millisinin yarımmüdafiəçisi Amsterdam təmsilçisi ilə danışıqlarda sona yaxınlaşdıqlarını açıqlayıb.

33 yaşlı futbolçu ərəblərlə olan müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edəcək. Futbolçunun Niderland klubu ilə 1,5 illik müqavilə imzalayacağı iddia olunur.

Qeyd edək ki, Henderson 2023-cü ilin yayında "Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna keçib. “Əl-İttifaq” forması ilə 19 matçda meydana çıxan təcrübəli yarımmüdafiəçi 5 məhsuldar ötürməyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0