Avropa çempionatında yeni duet – Ritter və Brikalov yığmamızda
17.01.2023 - 11:05
Avropa çempionatında yeni duet – Ritter və Brikalov yığmamızda

Fiqurlu konkisürmə üzrə Avropa çempionatının iştirakçılarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Finlandiyanın Espoo şəhərindəki yarışda Azərbaycan yığması da təmsil olunacaq.

Ölkəmizin təmsilçiləri iki növdə sifariş olunub. Yanvarın 23-dən 29-dan keçiriləcək yarışda kişilərin mübarizəsində Vladimir Litvintsev buz üzərinə çıxacaq. O, karyerasında 4-cü dəfə Avropa çempionatına qatılacaq.

İdman rəqslərinin yarışında isə Samanta Ritter və Daniel Brikalov mübarizə aparacaq. Duet ilk dəfə qitə çempionatında çıxış edəcək. 

Qeyd edək ki, 2022-ci ildə Avropa çempionatında Azərbaycandan Vladimir Litvintsev, Yekaterina Ryabova və Yekaterin Kuznetsova/Aleksandr Kolossovski dueti iştirak edib.
 

writer photo
Əlirza Əlirzalı
0