"Hər şey istədiyimiz kimi getmir. Mövsümə yaxşı başlamadıq, komandaya da təzyiq var".
Apasport.az xəbər verir ki, bunu bu gün Neftçi Arenada baş tutan mətbuat konfransında "Neftçi"nin futbolçusu Rəhman Hacıyev deyib.
30 yaşlı yarımmüdafiəçi baş məşqçinin işinə qarışmaq istəmədiklərini söyləyib: "Rəqibin qolunda heç kimin səhvi yox idi. Ötürmə ideal alınmışdı. Amma qarşılaşmanın gedişində səhv edə bilərdil".
Hacıyev səhvsiz mütəxəssisin olmadığını söyləyib: "Oyundan sonra bəzən əsəbi oluruq və özümüzü danışmağa hazır hiss etmirik. Bu səbəbdən "Araz-Naxçıvan"la matçdan sonra danışmaq istəmədim. Nəzərə almalıyıq ki, meydanda çıxış edən məşqçi yox, futbolçudur. Evdə cəmi bir görüşdə qələbə qazanmışıq. Amma işə peşəkar yanaşmalıyıq. Çoxları fikirləşir ki, çempionat bitib və biz 6-cı sırada qalmışıq. Nə olacağını bilmək olmaz. Daha çox köklənmək lazımdır. Qarşılaşmalarda istəyimiz də artmalıdır. Premyer Liqada ilk yarının başa çatmasına 4 oyun qalıb. Ən azı üçündə qalib gəlmək niyyətindəyik".