Rekordun astanasında
19.11.2022 - 14:17
Rekordun astanasında

Azərbaycan milli komandası tarixinin rekordunu təkrarlaya bilər.

Apasport.az saytının məlumatına görə, bunun üçün Canni de Byazinin yetirmələri Şimali Makedoniya ilə yoldaşlıq oyununda qalib gəlməlidir.

Komandamız Skopyedəki görüşdə qələbə qazansa, bu 2022-ci ildə 5-ci uğur olacaq. Yığmamızın 30 illik tarixində bir təqvim ilindəki qələbə sayında rekord da 5-ə bərabərdir.

Millimiz 1998-ci ili 5 qələbə ilə tamamlayıb. Həmin rekordun astanasında olan komanda 24 ildən sonra eyni nəticəni təkrarlamağa yaxındır.

Qeyd edək ki, 1998-ci ildə 10 oyun keçirən yığmamız bu il də 10-cu sınağına çıxacaq.

writer photo
Əlirza Əlirzalı
0